Göygöldə ağır yol qəzası olub, 4 nəfər ölüb 29 Aprel 2019 12:57 Hadisə Göygöl rayonunda ağır yol qəzası baş verib. "Report"un Qərb mərkəzinin məlumatına görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "VAZ-2106" və "VAZ-2107" markalı minik avtomobilləri toqquşub. Nəticədə biri qadın, ikisi kişi olmaqla üç nəfər hadisə yerində ölüb, bir uşaq isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Qəzada xəsarət alanların olduğu da bildirilir. Faktla bağlı araşdırma aparılır. Teqlər : #Göygöldə,#ağır,#yol,#qəzası,#olub,#nəfər,#ölüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda birinci sinfə qəbul üzrə 38 443 sorğu yerləşdirilib Göygöldə yol qəzası nəticəsində 8 nəfər ölüb