Həftədə iki dəfə aspirin için

Amerikalı alimlərin gerçəkləşdirdiyi araşdırmada həftədə iki dəfə davamlı olaraq içilən aspirinin xərçəng riskini 3% azaltdığı bəlli olub. 
 
32 il müddətində 136 min nəfər üzərində aparılan araşdırmalara görə, həftədə iki dəfə aspirin içənlərin xərçəng riski azalır. Keçmişdə mədə və ya bağırsaq xərçəngindən əziyyət çəkən adamlar həkim məsləhəti ilə aspirin içə bilərlər.
 
Massachusetts General Xəstəxanasının həkimi Andrev Çan bağırsaq xərçənginə tutulan xəstələrə aspirin içməyi tövsiyə edirlər. Aspirin qanın qatılığını azaltdığı üçün xərçəng hüceyrələrinə neqativ təsir edir. Az miqdarda olan aspirin belə insan orqanizminə yaxşı təsir edir.musavat /
 

Google+ WhatsApp ok.ru