Həftədə 1 dəfə 24 saat... Sağlam və cavan olmaq istəyənlər oxusun! 10 Dekabr 2016 02:00 Sağlamlıq Müxtəlif ölkələrdə aparılmış araşdırmalar qısamüddətli aclığın (oruc olmaq) insan sağlamlığı üçün çox faydalı olduğunu göstərib. Alimlərin fikrinə görə, aclıq zamanı orqanizm xəstə, köhnə toxumalardan və hüceyrələrdən (o cümlədən, hər gün əmələ gələn xərçəng hüceyrələrindən), toksinlərdən, şlaklardan və s. ziyanlı maddələrdən təmizlənir və bu da orqanizmin sağalmasına və cavanlaşmasına kömək edir. Alimlər sübut ediblər ki, müntəzəm olaraq həftədə 1 dəfə 24 saat ərzində ac qalmaq ürək-damar sistemi, xərçəng, mübadilə və s. xəstəliklərinin riskini azaldır, stres və depressiya ilə mübarizədə kömək edir. Aclıq zamanı kifayət qədər su içmək, yüngül işlə məşğul olmaq, ən azı 1 saat ərzində açıq havada gəzmək lazımdır. Hal hazırda müalicəvi aclıq hətta bəzi xəstəliklərin (piylənmə, ateroskleroz, hipertoniya, allergiyalar və s.) müalicəsində istifadə olunur. Müalicəvi aclıq həkim tərəfindən tətbiq olunmalıdır. Bak İnstitutu (ABŞ) alimlərinin yeni araşdırması sübut edib ki, aclıq zamanı beyin dincəlir və bu da onun fəaliyyətinə çox müsbət təsir edir. Science World Report xəbər verir ki, yeni araşdırmanın nəticələri epilepsiya və digər sinir sistemi xəstəliklərinin müalicəsində istifadə oluna bilər.(saglamolun) Teqlər : #Həftədə 1 dəfə 24 saat... Sağlam və cavan olmaq istəyənlər oxusun!, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Kimlər hansı tibbi xidmət və dərmanlardan pulsuz yararlanacaq? Qadın və kişilər üçün yuxunun ideal müddəti açıqlanıb
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir