Hamilə qadın əməliyyat zamanı öldü 03 İyun 2016 01:00 Hadisə Gəncə şəhərində xəstəxanada ölüm hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Abbas Səhhət adına 1 saylı Şəhər Xəstəxanasında qeydə alınıb. Şəhər sakini, üş aylıq hamilə olan 1982-ci il təvəllüdlü Aynur Oktay qızı Kərimova özünü narahat hiss etdiyi üçün xəstəxananın Ginekologiya şöbəsinə yerləşdirilib. Ona uşaqlıqdan kənar hamiləlik diaqnozu qoyulub və əməliyyat edilib. Əməliyyat zamanı qadın dünyasını dəyişib. Faktla bağlı Gəncə şəhər prokuroluğunda araşdırma aparılır. Teqlər : #Hamilə qadın əməliyyat zamanı öldü , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İntensiv yağışlar Lerikdə fəsadlar yaradıb Bir gündə 3 nəfərin intihar etdiyi deyilir