Havanın kəskin pisləşməsi Quba-Xaçmaz yolunda qəzalara səbəb olub - FOTO 15 Dekabr 2016 02:00 Hadisə Ondan çox avtomobil qəza törədib Havanın kəskin pisləşməsi və qarın yağması Quba-Xaçmaz yolunda 10-dan çox avtomobil qəzasına səbəb olub. Qəzalar günün ikinci yarısından sonra, yolun buz bağlaması nəticəsində qeydə alınıb. Qəza zamanı ciddi xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Qəzaların əksəriyyəti zəncirvari olub. Ən çox qəza Quba-Xaçmaz yolunun Zərdabi və Alekseyevka ərazilərindən keçən hissəsində qeydə alınıb. Burada çinar ağacları yola yaxın olduğundan, yoldan çıxan maşınlar ağaclara dəyərək qəza törədiblər. Quba rayon Polis şöbəsindən "Report"a sürücülərə bununla bağlı xəbərdarlıq edildiyi bildirilib: "Sürücülər diqqətli olmaları, mümkün qədər əyləc sistemindən az istifadə etmələri və nasaz avtomobil ilə yola çıxmamaları tövsiyə olunur". / Teqlər : #Havanın kəskin pisləşməsi QubaXaçmaz yolunda qəzalara səbəb olub FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda Gürcüstan avtobusu yük maşını ilə toqquşub, xeyli yaralı var Bir gündə 4 piyadanı maşın vuraraq öldürüb