Şiddətli yanğın və qəza nəticəsində 30 nəfər itkin düşüb

“Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş verən şiddətli yanğın və qəza nəticəsində 30 nəfər itkin düşüb.
 
APA-nın məlumatına görə, hadisə baş verən gün özüldə 63 nəfər çalışıb.
 
Onlardan 32 nəfər xilas edilib. Bir nəfər isə həlak olub.
 
Hazırda özülün 30 əməkdaşı itkin düşüb.
 
İtkin düşmüş şəxslərlə bağlı axtarış-xilasetmə işləri davam etdirilir.
 
Fövqəladə Hallar Nazirliyinin qüvvələri özüldə yanğının söndürülməsi istiqamətində də işləri davam etdirirlər.
 
"Reuters" agentliyinin ingilis versiyası "Günəşli" yatağındakı qəza zamanı 32 neftçinin həlak olması barədə məlumat yayıb.
 
Agentlik bu məlumatı Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinə istinadən paylaşıb. M.Qəhrəmanlı az əvvəl həmin neftçilərin itkin düşdüyünü bəyan etmişdi.
 
SOCAR-ın mətbuat xidməti isə 32 neftçinin ölməsi xəbərini şərh etməyib. Şirkətdən yalnız o bildirilib ki, xilasetmə işləri davam etdirilir və artıq 29 nəfər xilas olunub.
 
Axtarışı davam etdirilən əməkdaşların siyahısı:
 
1 Qasımov İman Şura o. 01.12.1967 
 
2 Qasımov Mübariz Dilqəm o. 21.01.1958 
 
3 Quliyev Fəxrəddin Xancan o. 05.01.1957 
 
4 Rzaxanov Edik Rivazin o. 15.01.1983 
 
5 Babazadə Tural Fətəli o. 01.09.1993 
 
6 Quliyev Əzizağa Nöhbala o. 16.09.1953 
 
7 Rəsulov Elşad Balaoğlan o. 24.03.1971 
 
8 Qasımov Bayram Mirzəağa o. 20.03.1978 
 
9 Abdullayev Adil Ələkbər o. 19,02,1953 
 
10 Tağıyev Fuad Tahir oğlu 23.02.1981 
 
11 Əbdüləzizov Əbdüləziz İsmayıl oğlu 30.01.1954 
 
12 Şirəliyev İzzət Qəmbər o. 10.05.1973 
 
13 Nəcməddinov Qəmərşah Nəcməddin o. 20.09.1978 
 
14 Niyazov Seyfəddin Abil o. 09.02.1968 
 
15 Babayev Mikayıl İsmayıl o. 06.11.1963 
 
16 İskəndərov İnqilab Osman o. 29.11.1957 
 
17 Mahmudov Ağa İzzət o. 24.03.1968 
 
18 Mayborda Oleq Akimoviç 21.11.1971 
 
19 Mayılov Samir Cahangir o. 07.03.1984 
 
20 Əhmədov Çanbaxış Əhməd o. 21.02.1962 
 
21 İbrahimov Xalid Bəşir o. 12.08.1971 
 
22 Həsənov Zaur Vahid o. 24.12.1975 
 
23 Cəriyev Vəli Kiçikağa o. 22.04.1967 
 
24 Hüseynov Bəhlul Sirac o. 25.11.1969 
 
25 İsgəndərov Habil Tağı o. 05.03.1965 
 
26 Səmədov Xoşbəxt Xanış o. 26.09.1981 
 
27 Həsənov Ramiz Nüsrəddin o. 02.08.1965 
 
28 Xəlilov Zaur Arif o. 15.09.1975 
 
29 Sahmarov Sahib Güloğlan o. 02.08.1973 
 
30 Əliyev Əyyub Xəlil o. 22.07.1973

Google+ WhatsApp ok.ru