Çində kimyəvi zavodda partlayış nəticəsində ölənlərin sayı 47-ə çatıb

Çində kimyəvi zavodda partlayış nəticəsində ölənlərin sayı 47-ə çatıb

Çinin Tszyansu vilayətində kimyəvi zavodda baş verən partlayış nəticəsində ölənlərin sayı 47-ə çatıb.
 
Maide.Az -in məluamtına görə, partlayışdan sonra 16 yerli xəstəxanaya 640-a yaxın müxtəlif dərəcəli xəsarət alan çatdırılıb.
 
Vilayət hakimiyyəti bildirib ki, tibbi yardımın göstərilməsinə 3,5 min tibb işçisi, 90 tibbi yardım maşını cəlb olunub.
 
Yaralananlardan 32-si kritik vəziyyətdədir, 58 nəfərin vəziyyəti isə ağırdır.
 
Qeyd edək ki, 2015-ci ildə  Tszyansu vilayətdə kimyəvi zavodda baş vermiş partlayışda 165 nəfər həyatını itirmişdi. 
 

Google+ WhatsApp ok.ru