Çindəki virusla bağlı Azərbaycanda turizm şirkətlərinə müraciət edildi 15 Yanvar 2020 09:38 Sağlamlıq Çinin Uxan şəhərində koronavirusun yeni növünün müşahidə edilməsi ilə əlaqədar Azərbaycan Turizm Bürosu tərəfindən ölkəmizdəki turizm şirkətlərinə müraciət edilib. Maide.Az bildirir ki, bunu Trend-ə Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə bildirib. Onun sözlərinə görə, Uxan şəhərində yayılan virusla əlaqədar turizm şirkətlərinə Çinin həmin şəhərinə səfər edən turistlərin diqqətli olması barədə təlimat verilib. Qeyd edək ki, Çinin Uxan şəhərində koronavirusun yeni növündən ilk ölüm faktı qeydə alınıb. Şəhərdə daha 40 nəfərin xəstə olduğu, 100-dən artıq insanın isə nəzarət altında saxlanıldığı qeyd edilir: "Koronavirusun yeni növünə 41 yoluxma faktı qeydə alınıb. Onlardan ikisi artıq evə buraxılıb, 7-si ağır vəziyyətdədir, 1 nəfər ölüb, digər xəstələrin vəziyyəti isə stabildir". Teqlər : #Çindəki,#virusla,#bağlı,#Azərbaycanda,#turizm,#şirkətlərinə,#müraciət,#edildi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Talış zonasında yaşayanların xərçəngə tutulması ilə bağlı maraqlı FAKT Alimlər şəkərin beyini necə dəyişdiyini müəyyən ediblər
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir