Kənd sakinləri həyəcan təbili çalır: yırtıcılar kəndə hücum edib 26 İyun 2019 11:50 Hadisə Əsasən qış aylarında kəndlərə hücum edən yırtıcı heyvanlar bu dəfə yayda peyda olublar. Hadisə Qax rayonunun İbaxlı kəndində baş verib. Maide.Az "Sputnik"ə isitnadla xəbər verir ki, kənd sakini Zöhrab Mustafayevə məxsus iribaşlı heyvan canavarların hücumuna məruz qalıb. Növbəti gün isə Z. Mustafayevin oğlu Sərxan Mustafayevə məxsus inək yırtıcıların hücumuna məruz qalıb. Hər iki heyvanı xilas etmək mümkün olmayıb. Kənd sakinlərinin sözlərinə görə, yay aylarında yırtıcıların, xüsusi ilə canavarların hücumu gözlənilməz hadisədir. Teqlər : #Kənd,#sakinləri,#həyəcan,#təbili,#çalır:,#yırtıcılar,#kəndə,#hücum,#edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda fəhləni cərəyan vuraraq öldürüb Zığ şosesində fərdi yaşayış evləri yanır