Kanada İŞİD-i bombalamağı dayandırıb

Maide.az BBC-yə istinadən xəbər verir ki, Kanada Müdafiə Nazirliyinin rəsmi saytı açıqlama yayaraq, Kanadanın Hərbi-Hava Qüvvələri İraq və Suriyada beynəlxalq koalisiya tərkibində İŞİD-ə qarşı apardığı əməliyyatları dayandırdığını bildirib.
 
Məlumatda bildirilir ki, əməliyyatlar fevralın 15-dən etibarən dayandırılıb. Amma hələlik Kanada təyyarələri regionda qalacaq və kəşfiyyat işləri həyata keçirəcək. 
 
Qeyd edək ki, Kanadanın Hərbi-Hava Qüvvələri 2014-cü ilin noyabrında beynəlxalq koalisiya tərkibində İŞİD terror qruplaşmasına qarşı hava əməliyyatlarına qoşulmuşdu.

Google+ WhatsApp ok.ru