Kifayət qədər yatmadıqda bədəndə hansı proseslər gedir

Kifayət qədər yatmadıqda bədəndə hansı proseslər gedir

Gərgin iş rejimi bir çox insanı yuxusuz hala salır.
 
Yuxu, sağlam bir bədən və ruh üçün ən mühüm amillərdən sayılır.
 
Bəs yuxusuz qaldıqda nə olur?
 
- Xəstələnərik. İmmunitet bilavasitə yuxu ilə bağlıdır və yuxu çatışmazlığı orqanizmin xəstəliklərlə qarşı vuruşmasını çətinləşdirir.
 
- Məntiqli düşünmədə çətinlik çəkərik. Xüsusilə sürətli və ani qərarlar verərkən, əgər yuxusuz olsanız səhv edə bilərsiniz.
 
- Gündə 5 saatdan az yatanda, çəkidə artım müşahidə olunur.
 
- Dəri sağlamlığı pozulur. Qırışlar, kapilyar damarlar, yaşlanma nöqtələri və sızanaqlar ortaya çıxır və bədən ümumi olaraq daha tez qocalır.
 
- Ürək xəstəlikləri riski artır.
 
- Xərçəng riski artır.
 
- Unutqanlıq başlayır. Yatanda beynimiz işləməyə və məlumatları köçürməyə davam edir. Yuxu çatışmazlığı, beynin bu funksiyasını yerinə yetirməsi üçün lazım olan vaxtdan məhrum edir. (deyerler) /

Google+ WhatsApp ok.ru