İki gün öncə Bakıda elektrik cərəyanı vuran məktəbli xəstəxanada ölüb

Bakıda elektrik cərəyanı vuran uşaq dünyasını dəyişib.
 
Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə,  iki gün öncə elektrik cərəyanı  vuran 2004-cü il təvəllüdlü İlkin Vəli oğlu Rabilov 3 saylı Şəhər Klinik Xəstəxanasında ölüb.
 
Polisdən V. Rabilovun 5-ci sinif şagirdi olduğu bildirilib
 
Qeyd edək ki, hadisə rayonun Elşən Mehdiyev küçəsi, 30 ünvanında qeydə alınıb.
 
İ. Rabilov evə gedərkən əlini işıq transformatoruna vurub. Nəticədə onu elektrik cərəyanı vuraraq bir neçə metr kənara atıb.

Google+ WhatsApp ok.ru