Koronavirusa görə bu dərmanların qıtlığı yaranıb 19 İyun 2020 15:15 Sağlamlıq Koronavirusun müalicəsində effektli olduğu deyilən dərmanlara tələbat artıb. Məsələ ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında geniş süjet yayımlanıb. Mətanət Cəfərova – Həkim: “Bu dərmanlar daha çox parasetamoldur, vitamin D, vitamin C və eyni zamanda virus əleyhinə təsir göstərən müəyyən qrup preparatlardır”. Bu və digər dərmanlara dərmanlara tələbatın artması, insanların daha çox bu dərmanlardan alması həmin preparatların tükənməsinə səbəb olub. Bəli, hazırda əksər apteklərdə bu dərmanların qıtlığı müşahidə olunur. Hətta tapmaq belə mümkün deyil. Əczaçı: “Parasetamol yoxdur gəlmir, amma tələbat artıb. Virus əleyhinə olan Arbidol da çox alınır, ona da tələbat artıb. Bəlkə gün ərzində 20 adam bizdən Arbidol soruşur. Çünki son vaxtlar Arbidolun qutusunun üzərində koronavirusun şəkili var idi. Camaat onu konkret koronavirus üçün bilir”. Həkimlərin sözlərinə görə, koronavirus simptomlarını hiss edən şəxslər əsasən parasetamoldan istifadə edirlər. Arbidol isə virusa qarşı mübarizdə effektli olduğu üçün insanlar daha çox onu axtarır. Mətanət Cəfərova – Həkim: “Bunun əsas səbəbi insanların ajiotaj içində apteklərdən lazım oldu-olmadı, yaş fərqinə baxmadan, böyükdən-kiçiyə, yaşlıdan-uşağa müəyyən qrup dərmanların verilməsidir”. Sakin: “Bu yaxınlarda çörəyə görə necə ajiotaj yarandığını gördünüz. Dərmanları da eləcə ajiotaja düşərək alırlar, qıtlıq yaranır”. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, ölkədə dərman qıtlığının yaranmasının başqa səbəbləri də ola bilər. Eyyub Hüseynov – AİB-in sədri: “İstehsalçılar və yaxud idxalçılar süni olaraq defisit yarada bilərlər. Yəni dərman idxalçıları öz aralarında müəyyən razılığıa gəlirlər, qiyməti artırırlar. Şübhəsiz ki, məqsədləri məhsulu, dərmanı bazardan azaldıb qiyməti artırmaq ola bilər. Ola da bilər ki, doğrudan da dünya bazarında abu dərmanlar zalıb, onları idxal etməkdə çətinlik var”. Əczaçılıq məhsullarının Azərbaycanda ən böyük idxalçılarından olan şirkətdən isə bildirildi ki, mövcud vəziyyət bəzi dərmanlara tələbatın artması və pandemiya dövründə idxalda yaranan çətinliklə əlaqədardır. Telefon bağlantısı: “Bizim özümüzə də az gəlir. Yəni özümüz istehsal etmirik. Xaricdən gələnlərdir. Ona görə az miqdarda olduğu üçün tez bitir. Vaxtı vaxtında təyarələr gəlmir, vaqonlar gəlmir deyə gecikmələr yaranır”. Qeyd edək ki, sözügedən dərman vasitələri əsasən Rusiya, Türkiyə və İrandan idxal olunur. Teqlər : #Koronavirusa,#görə,#dərmanların,#qıtlığı,#yaranıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Koronadan qorunmaq üçün bu dərmanları qəbul etməyin Məşhur ağrıkəcisi dərman qaraciyəri dağıdır - ALİMLƏR Sağlamlıq Yerdə maqnit qasırğası başlayıb Azərbaycanda 12-15 yaşlı yeniyetmələrə vaksin vurla bilər Azərbaycanda hər il 24 min insan bu xəstəlikdən ölür - ÜST İkinci doza vaksini vurdurmayan şəxslərə verilən möhlət məlum olub Azərbaycanda son sutkada 802 nəfər yoluxub, 31 nəfər vəfat edib Tibbi hədislər: Soğanın faydası Azərbaycanda daha 36 nəfər koronavirusdan öldü: 1703 yeni yoluxma Xəstədə 14 gün bitdikdən sonra şikayət yoxdursa, tam sağalmış hesab olunur - SN Smartfon vasitəsilə xəstəliklərin diaqnozu üçün cib ultrasəs aparatı yaradılıb Virusdan sağalanlara xəbərdarlıq: ‘Bu hallar varsa, həkimə müraciət edin’ Tibbi hədislər: Mərcimək sıyığı 20 yaşdan aşağı şəxslər koronavirusun, daha doğrusu ölümün daşıyıcılarıdır - Adil Allahverdiyev Şəkər tozu alarkən nəyə diqqət etmək lazımdır? Səhiyyə Nazirliyi: Bu ilin 11 ayında Azərbaycanda İİV-ə 494 yoluxma halı təsdiqlənib Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir Alimlər ətdən imtinanın gözlənilməz mənfi təsirini açıqlayıb İndi cavanlarda koronavirusun daha ağır formada keçdiyini müşahidə edirik -TƏBİB Baş infeksionist: Hesab edirəm ki, pik nöqtəyə gəlib çatırıq Yaxşı yata bilmək üçün, tövsiyələrə əməl edin Vitamin çatışmazlığı hansı əlamətlərlə özünü göstərir? Xərçəng şişləri niyə yaranır - ARAŞDIRMA Xərçəng şişləri niyə yaranır - ARAŞDIRMA Alimlər koronavirusa qarşı 90 faiz effektivliyə malik vaksin hazırlayıblar Gözlər xəstəliyin aynasıdır Qrip virusu nəyin səthində daha çox qalır? BU QİDALAR sümük əriməsinin qarşısını alır Osteoporozun qarşısını alan qida maddələri Sətəlcəm zamanı daha tez sağalmağa kömək edən adi ərzaqlar Xərçəng xəstəliyinin yaranması riskini artıran məhsulların adları açıqlanıb Piylənmə COVID-19-dan ölüm riskini artırır İsveçli alim sklerozun inkişafı haqda danışıb Keçən il havanın çirkliliyi yarım milyon körpənin ölümünə səbəb olub QARA ZİRƏnin saymaqla bitməyə faydaları Soyuq ayaqlar hansı xəstəlikdən xəbər verir Əllərin yuyulması və təmiz saxlanılması gigiyenanın ən vacib tələblərindən biridir Qara zirə xolesterin, şəkər və digər çoxsaylı xəstəliklərdən qoruyur Koronavirus telefonlarda və əskinaslarda 1 aya qədər qala bilir - Alimlər Ən təhlükəli qan qrupu hansıdır? Dırnaqlar ciddi xəstəlikdən xəbər verə bilər Rusiya alimləri psixoloji xəstəliklərin müalicəsinin mümkün yollarını müəyyən ediblər Soyuqdəymə və qripdən necə qorunmalı: ən sadə məsləhətlər Qriplə soyuqdəymənin fərqi bu imiş
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir