Lənkəranda silahlı basqın olub 24 İyun 2016 01:00 Hadisə Onlar evdən seyf aparmağa cəhd göstərsələr də, gücləri çatmayıb. Lənkəranda quldurluğa cəhd edən üç nəfər tutulub. Maide.Az “Report”-a istinadən xəbər verir ki, mənzilə soxulan üç nəfər şəxs evdə kirayənişin kimi qalan şəxsi silahla hədələyərək evdə olan pul və qiymətli əşyaların yerini söyləməyi tələb ediblər. Ziyan yetirilməsindən ehtiyatlanan şəxs pulların seyfdə ola biləcəyini söyləyib, lakin açarın onda olmadığını bildirib. Belə olan halda evə basqın edən şəxslər seyfi aparmaq istəyiblər. Lakin gücləri çatmadığından evi tərk ediblər. Lənkəran Şəhər Rayon Polis Şöbəsindən bildirilib ki, hadisə şəhərin Zərifə Əliyeva küçəsindən Ələt-Astara magistralına çıxış hissəsində yerləşən “Aboy evi” kimi tanınan Məmmədzadə Vüsal Novruzəli oğluna məxsus ünvanda qeydə alınıb: “Ticarət obyektinin ikinci mərtəbəsi yaşayış üçün nəzərdə tutulub. Yaşayış sahəsi kirayə qalmaq üçün verilib. Birinci mərtəbədə isə divar kağızları satışı mağazası yerləşir. Aparılan əməliyyat-axtarışları nəticəsində evə basqın edənlərin ikisini yaxalamaq mümkün olub”. Şübhəli şəxs qismində saxlanılanların Bakı şəhər sakinləri olduğu bildirilib. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir. Teqlər : #Lənkəranda silahlı basqın olub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Həkim xəstənin sağlam ayağını kəsdi – Bakıda şok HADİSƏ + FOTO Qusarda sel körpünü uçurub