Lənkərandan Bakıya gələn mikroavtobus aşıb: xəsarət alanlar var 08 Oktyabr 2018 01:00 Hadisə Lənkəran rayonundan Bakıya gələn mikroavtobus paytaxtın Qaradağ rayonunda aşıb. Hadisə zamanı 2-si qadın olmaqla 6 nəfər xəsarət alıb. Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov “Report”a açıqlamasında deyib ki, təcili tibbi yardım maşınları hadisə yerindən 6 yaralını xəstəxanaya aparır. O qeyd edib ki, yaralılardan 4-ü kişidir: “Kişilərdən biri Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına, digər 5 nəfər isə 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilir”. Teqlər : #Lənkərandan Bakıya gələn mikroavtobus aşıb: xəsarət alanlar var, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Xırdalanda yol çöküb İndoneziyada növbəti zəlzələ - 5 min insan itkin düşdü