Lerikdə baş verən yanğında bir ailənin 3 üzvü ölüb 22 Avqust 2017 01:00 Hadisə Lerik rayonunda baş verən yanğında bir ailənin 3 üzvü yanaraq ölüb. FHN-nin rəsmi saytının verdiyi məlumata görə, Lerik rayonu, Vizəzəmin kəndində ümumi sahəsi 135 m2 olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı 1 nəfər tüstüdən yüngül zəhərlənən halda yanğınsöndürənlər tərəfindən evdən çıxarılaraq Təcili Tibbi Yardım xidmətinə təhvil verilib və ona yerində ilkin tibbi yardım göstərilib. Yanğınsöndürənlər tərəfindən ev sahibi 1963-ci il təvəllüdlü Hüseynov Elman Mirzəhüseyn oğlunun, həyat yoldaşı 1967-ci il təvəllüdlü Hüseynova Şüküfə Qüdrət qızının və ev sahibini 1995-ci il təvəllüdlü qızı Mirzəzadə Süsən Elman qızını yanmış meyitləri aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. / Teqlər : #Lerikdə baş verən yanğında bir ailənin 3 üzvü ölüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İstirahət günlərinin yol qəzaları: 11 ölü, 17 yaralı Gəncədə yeni doğulan körpə ölüb