Lökbatan qəsəbəsində silahlı insident törədən şəxsin avtomobili tapılıb 22 Dekabr 2015 02:00 Hadisə Polis Bakının Lökbatan qəsəbəsində silahlı insident törədən Məhərrəm Əliyevin avtomobilini tapıb. “Report”un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, M.Əliyev hadisə yerinə “Lexus” markalı avtomobillə gedib. Hadisəni “Vinçester” markalı tüfənglə törədən M.Əliyev daha sonra gəldiyi avtomobillə də hadisə yerini tərk edib. Onun avtomobili Badamdar qəsəbəsində tapılıb. M.Əliyevin axtarışları davam etdirilir. Qeyd edək ki, hadisə nəticəsində 6 nəfər yaralanıb. Onlardan birinin 7 yaşı var. Teqlər : #Lökbatan qəsəbəsində silahlı insident törədən şəxsin avtomobili tapılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda restoranda 6 nəfəri güllələyən şəxslərdən birinin kimliyi məlum olub Bakıda məişət tullantıları poliqonundan silah-sursat tapılıb