`Məsumə` dükanının qarət etmək istəyən şəxs saxlanıldı - VİDEO

Bakının Nəsimi rayonunda yerləşən mağazadan ikinci dəfə oğurluq edən Şəhruz Xəlilov adlı şəxs saxlanılıb. 
 
Saxlanılan şəxs bir gündə bir neçə mağazada öz çirkin əməllərini yerinə yetirdiyini polisə etiraf edib.
 
Gecə saat 03:00 radələrində Nasimi rayon, Fikrət Əmirov küçəsi 13 ünvanında yerləşən hadiyyə mağazasında oğurluq edilməsi ilə bağlı rayon mühafizə orqanlarına məlumat daxil olub. Polis əməkdaşları 2 dəqiqə sonra hadisə yerində olublar. Oğurluğa cəhd göstərən şəxs işbaşında yaxalanıb. Polislərin basğını zamanı, saxlanılan Şəhruz Xəlilov siqnalizasiya aparatını sındırmağa da cəhd edib.
 
Mağazada satıcı işləyən Rüfət Cabbarovun sözlərinə görə, saxlanılan şəxs cinayəti peşəkarlıqla yerinə yetirməyə çalışıb. Lakin mühafizə polisinin quraşdırdığı siqnal aparatı cinayətin baş tutmasına imkan verməyib. Satıcı bundan əvvəl də mağazadan oğurluqlar edildiyini bildirib.  
 
22-ci polis bölməsində dindirilən saxlanılan şəxs Şəhruz Xəlilov, eyni dükandan daha əvvəl də oğurluq etdiyini etiraf edib: “Girdim dükana siqnalizasiya aparatı zəng çaldı, polislər gəlib tutdular məni. Elə bilirdim ki, siqnalizasiya yoxdur mağazada. 2 ay qabaq da bu mağazadan 1200 manat pul götürmüşəm”
 
Saxlanılan şəxslə söhbət zamanı o da məlum olub ki, Şəhruz Xəlilov Fikrət Əmirov küçəsində oğurluq etməmişdən 1 saat əvvəl başqa bir mağazadan gizli yolla pul və bankomat kartlar aparıb.
 
Faktla bağlı cinayət işi başlanıb.

Google+ WhatsApp ok.ru