Mədə xərçəngini törədən ağ düşmən 29 Noyabr 2015 02:00 Sağlamlıq Mütəxəssislər gün ərzində duz istifadəsinə məhdudiyyət qoyulmasını və miqdar etibarilə 6 qr-a qədər istehlak oluna biləcəyini xəbərdarlıq edirlər. Belə ki, bu temp yüksək təzyiq də daxil olmaqla bir sıra xəstəliklərin qarşısının alınmasında olduqca effektivdir. Maide.az “Sputnik”ə istinadən verdiyi məlumata görə, artıq istifadə zamanı isə yüksək təzyiq xəstəliyini formalaşdırmaqla bərabər ürək-damar sistemi ilə yanaşı sidik-ifrazat sisteminə də ciddi zərər vurmuş olur, eyni zamanda isə müxtəlif orqan və toxumaların xərçənginə münbit şərait yaradır. Ümumdünya Xərçəng Birliyindən verilən məlumata görə, yemək və qəlyənaltılar zamanı duz istifadəsinin məhdudlaşdırılması mədə xərçəngi riskinin də azalmasına səbəb olur. Ən çox duz tərkibli qidalara isə hazır yeməklər və fast-foodlar daxil olduğu üçün bunlardan da mümkün səviyyədə uzaq olmaq məsləhətdir. Təəssüf ki, yeməklərə xüsusi dad gətirəcəyi istəyi ilə ölçüsündən artıq şəkildə istifadə olunan duzun 3 ağ düşmanımızdan biri olduğu göz ardına vurulur. Unutmayaq ki, sağlamlığımız hər şeydən önəmlidir./ Teqlər : #Mədə xərçəngini törədən ağ düşmən, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İmmuniteti gücləndirən dərmanlardan kortəbii istifadə yeni xəstəliklər yarada bilər 34 ilə 34 milyona insan öldürən xəstəlik
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir