İmam Rzadan (ə): İlahi əzabdan amanda qalan kəs

İmam Rzadan (ə): İlahi əzabdan amanda qalan kəs

İshaq ibn Rahəveyh belə nəql edir:

لَمّا وافى أبُو الحَسَنِ الرِّضا (ع) بِنَيسابورَ وأرادَ أن يَخرُجَ مِنها إلَى المَأمونِ اجتَمَعَ إلَيهِ أصحابُ‏الحَديثِ، فَقالوا لَهُ: يَابنَ رَسولِ اللّهِ، تَرحَلُ عَنّا ولا تُحَدِّثُنابِحَديثٍ فَنَستَفيدَهُ مِنكَ؟! وكانَ قَد قَعَدَ فِي العُمارِيةِ، فَأَطلَعَ رَأسَهُ وقالَ:

“(Məmunun əmrilə) İmam Rza (ə) Xorasana səfərində Nişapurdan keçərkən hədis raviləri o Həzrətin ətrafına toplaşıb dedilər: “Ey Peyğəmbər övladı! Bizi bəhrələndirmədən və bir hədis demədən tərk edirsiniz?” İmam (ə) kəcavədə əyləşmişdi, başını çölə çıxarıb buyurdu:

سَمِعتُ أبي موسَى بنَ جَعفَرٍ يَقولُ: سَمِعتُ أبي جَعفَرَ ابنَ مُحَمَّدٍ يَقولُ: سَمِعتُ أبي مُحَمَّدَ بنَ عَلِيٍّ يَقولُ: سَمِعتُ أبي عَلِيَّ بنَ الحُسَينِ يَقولُ: سَمِعتُ أبِيَ الحُسَينَ بنَ عَلِيِّ بنِ أبي طالِبٍ يَقولُ: سَمِعتُ أبي أميرَ المُؤمِنينَ عَلِيَّ بنَ أبي طالِبٍ يَقولُ: سَمِعتُ رَسولَ اللّهِ (ص) يَقولُ: سَمِعتُ جَبرَئيلَ يَقولُ: سَمِعتُ اللّهَ جَلَّ جَلالُهُ يَقولُ: لا إلهَ إلاَّ اللّهُ حِصني، فَمَن دَخَلَ حِصني أمِنَ مِن عَذابي. قالَ: فَلَمّا مَرَّتِ الرّاحِلَةُ نادانا: بِشُروطِها، وأنَا مِن شُروطِها.

“Atam Musa mənə babam Cəfərdən, o da Muhəmməd ibn Əlidən, o da Əli ibn Hüseyndən, o da Hüseyn ibn Əli ibn Əbutalibdən, o da Əmirəlmöminin Əli ibn Əbutalibdən, o da Peyğəmbəri-Əkrəmdən (s), o da Cəbraildən, o da Allah-Taaladan belə nəql edib: “Lə iləhə illəllah mənim hasarımdır və hasarıma daxil olan kəs əzabımdan amanda qalar.” Dəvə yola düşdükdə, Həzrət uca səslə buyurdu: “Amma bunun şərtləri vardır ki, mən özüm də onun şərtlərindənəm.” (“Üyunu əxbarir-Riza (ə)”, c.2, səh.135, hədis 4.)

Maide.az – Maarif bölümü

Google+ WhatsApp ok.ru