İmam Rzanın (ə) xüsusiyyətlərindən...

İmam Rzanın (ə) xüsusiyyətlərindən...

İbrahim ibn Abbas belə nəql edir:

 
مارَأَيتُ أبَا الحَسَنِ الرِّضا (ع) جَفا أحَدًا بِكَلِمَةٍ قَطُّ، ولا رَأَيتُهُ قَطَعَ عَلى أحَدٍ كَلامَهُ حَتّى يَفرُغَ مِنهُ، وما رَدَّ أحَدًا عَن حاجَةٍ يَقدِرُ عَلَيها، ولا مَدَّ رِجلَهُ بَينَ يَدَي جَليسٍ لَهُ قَطُّ، ولاَ اتَّكَأَ بَينَ يَدَي جَليسٍ لَهُ قَطُّ، ولا رَأَيتُهُ شَتَمَ أحَدًا مِن مَواليهِ ومَماليكِهِ قَطُّ، ولا رَأَيتُهُ تَفَلَ، ولا رَأَيتُهُ يُقَهقِهُ في ضِحكِهِ قَطُّ، بَل كانَ ضِحكُهُ التَّبَسُّمَ. وكانَ إذا خَلا ونَصَبَ مائِدَتُهُ أجلَسَ مَعَهُ عَلى مائِدَتِهِ مَماليكَهُ ومَوالِيَهُ حَتَّى البَوّابَ [و] السّائِسَ. وكانَ (ع) قَليلَ النَّومِ بِاللَّيلِ كَثيرَ السَّهَرِ، يُحيي أكثَرَ لَياليهِ مِن أوَّلِها إلَى الصُّبحِ، وكانَ كَثيرَ الصِّيامِ، فَلا يَفوتُهُ صِيامُ ثَلاثَةِ أيّامٍ فِي الشَّهرِ، ويَقولُ: ذلِكَ صَومُ الدَّهرِ. وكانَ (ع) كَثيرَ المَعروفِ وَالصَّدَقَةِ فِي السِّرِّ، وأكثَرُ ذلِكَ يَكونُ مِنهُ فِي اللَّيالي المُظلِمَةِ، فَمَن زَعَمَ أنَّهُ رَأى مِثلَهُ في فَضلِهِ فَلا تُصَدِّق.
 
Mən heç vaxt görmədim ki, imam Rza (ə) bir kəsə kobud söz desin və ya bir kəsin sözünü kəssin, yaxud imkanı var ikən bir kəsi əliboş qaytarsın. Bir kəsin hüzurunda heç vaxt ayağını uzatmaz, belini bir şeyə söykəməz, kənizləri və ya qulamlarını söyməz, ağzının suyunu atmaz, qəhqəhə ilə gülməz və gülüşü də təbəssüm olardı. Tək olduğu zaman süfrə açıldıqda, kənizləri, qulamları, hətta gözətçiləri və mehtərləri belə süfrəyə dəvət edərdi. Gecələri az yatıb oyaq qalar və ibadəti sübhə qədər çəkərdi. Çox vaxt oruc tutar, hər ayda üç gün oruc tutmağı tərk etməz və buyurardı: “Bunlar ruzigarın orucudur.” Daim yaxşılıq edər, sədəqəni gizlincə verər və çox vaxt bunu gecələr yerinə yetirərdi. Fəzilətdə ona bənzər gördüyünü deyənə isə inanma!” (“Üyunu əxbarir-Riza (ə)”, c.2, səh.184, hədis 7.)