Müdafiə Sənayesi Nazirliyinin “Telemexanika” Zavodunun baş mühəndisi Kürdə batıb 21 İyul 2014 01:00 Hadisə Müdafiə Sənayesi Nazirliyinin (MSN) əməkdaşı Kür çayında batıb. Salyan Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Nazirliyin Şirvan şəhərində yerləşən “Telemexanika” Zavodunun baş mühəndisi Heydərağa Mirzəyev iyulun 19-da Kür çayında çimərkən boğulub. Qeyd edək ki, hadisə barədə Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb. Məlumatda bildirilir ki, Salyan rayonu Parça Xələc kəndi ərazisində 1963-cü il təvəllüdlü H. Mirzəyev Kür çayında batıb. FHN-in dalğıc-xilasediciləri H. Mirzəyevin cəsədini iyulun 20-də batdığı yerdən 2 km aralıda taparaq çıxarıblar. Teqlər : #Müdafiə Sənayesi Nazirliyinin Telemexanika Zavodunun baş mühəndisi Kürdə batıb , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qaradağda 5 mağaza yanıb Lerikdə meşə massivi yanır