Müdafiə Sənayesi Nazirliyinin əməkdaşı intihar etmək istədi

Ötən gecə saat 00:30-da Müdafiə Sənayesi Nazirliyinin Təhlükəsizlik və mühafizə idarəsinin qarovul rəisi Orxan Natiq oğlu Ağazadə Cavanşir (keçmiş Qaqarin) körpüsündən özünü atmaq istəyərək intihara cəhd edib.
 
Maide.az “Sputnik-Azərbaycan”a istinadən xəbər verir ki, vaxtında özünü yetirmiş polis əməkdaşları 21 yaşlı gəncə fikrini həyata keçirməyə mane olublar.
 
Orxan Ağazadə ilə ilkin söhbət zamanı məlum olub ki, qarovul rəisi onunla Təhlükəsizlik və mühafizə idarəsinin rəhbərliyi arasında baş vermiş münaqişə üzündən həyatla vidalaşmaq istəyib.
 
Hazırda faktla bağlı sənədlər təhqiqat aparılmaq üçün rayon prokurorluğuna təqdim olunub.

Google+ WhatsApp ok.ru