İmişlidə iribuynuzlu heyvanlar canavarların hücumuna məruz qalıb 15 Oktyabr 2016 01:00 Hadisə İmişlinin Məmmədli kəndi ərazisində iribuynuzlu heyvanlar canavarların hücumuna məruz qalıb. APA-nın Mİl-Muğan bürosunun məlumatına görə, kənd sakini Əyanət Sadıqova məxsus təsərrüfatda canavarlar dörd iribuynuzlu heyvanı ağır yaralayıb. Faktla bağlı İmişli rayon baytarlıq idarəsi tərəfindən tədbirlər görülür. Kənd sakinlərinin sözlərinə görə, artıq üçüncü dəfədir ki, canavarlar şəxsi təsərrüfatlara hücum edirlər. / Teqlər : #İmişlidə iribuynuzlu heyvanlar canavarların hücumuna məruz qalıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sükan arxasında infarkt keçirən sürücü adam öldürdü 22 yaşlı gənc relslərin üstünə tullanıb və...