Moskvada polisi qətlə yetirməkdə günahlandırılan azərbaycanlı yaxalanıb

Mayın 27-də Moskva dairəvi avtomobil yolunda polis əməkdaşını qətlə yetirməkdə günahlandırılan azərbaycanlı yaxalanıb.
 
Saxlanılan şəxsin 1990-cı il təvəllüdlü Rəşidov Nemət İlham oğlu olduğu bildirilir. Onun haqqında həbs qətimkan tədbiri seçilib.   
 
Qeyd edək ki, mayın 27-də gecə saat 03.00 radələrində polis əməkdaşları içində şübhəli şəxsin olduğu “Qazel” avtomobilini təqib ediblər. Moskva dairəvi yolunun 24-cü kilometrliyində “Qazel” patrul avtomobilləri tərəfindən dayandırılıb. Lakin cinayətdə günahlandırılan şəxs meşəyə qaçıb. Onu yaxalamağa çalışan polis əməkdaşlarından biri azı 3 bıçaq yarası alaraq hadisə yerində keçinib.

Google+ WhatsApp ok.ru