Ömürlük məhbus Qobustan türməsində öldü

Azərbaycanda həbsxanada ölüm hadisəsi qeydə alınıb.
 
Hüquq müdafiəçisi Eldar Zeynalov APA-ya bildirib ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustanda yerləşən həbsxanasında cəza çəkən ömürlük azadlıqdan məhrum edilmiş Atakişiyev Şəyavuş Mehdi oğlu noyabrın 15-də ölüb.
 
Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov faktı təsdiq edib. O, S.Atakişiyevin vəziyyətinin qəflətən pisləşdiyini bildirib: “Məhbus ürək xəstəliyindən əziyyət çəkirdi. Dəfələrlə müalicə müəssisəsində müalicə olunub. Noyabrın 15-də axşam saatlarında saxlanıldığı kamerada vəziyyəti pisləşib və dünyasını dəyişib”.
 
Qeyd edək ki, S.Atakişiyevin barəsində 1992-ci ildə ölüm hökmü çıxarılıb. Lakin 1998-ci ildə Azərbaycanda ölüm hökmü ləğv olunub. Bundan sonra onun barəsində olan cəza ömürlük azadlıqdan məhrumetmə ilə əvəz olunub. /

Google+ WhatsApp ok.ru