İmtahana hazırlaşanlar belə qidalansın!

Bəzi qida məhsulları beynin fəaliyyətini, yaddaşı, diqqəti yaxşılaşdırmaq xüsusiyyətinə malikdir. İmtahana hazırlaşırsınızsa, bunu nəzərə alın.
 
İmtahana hazırlaşdıqda qidalanmanıza bu kimi qidaları daxil edin:
 
- Balıq. Balığın tərkibində olan xüsusi Omeqa-3 yağ turşuları beynin fəaliyyətinə olduqca yaxşı təsir edir. Həftə ərzində 2-3 dəfə suda və buğda bişmiş balıq yeyin.
 
- Qoz-fındıq beynin fəaliyyətini stimullaşdırır. Hər gün 1 ovuc qoz-fındıq (qoz, fındıq, badam, araxis, keşyu, makadamiya və s.) yeyin.
 
- Şokolad. Hər gün 3-4 tikə tünd şokolad yeyin. Bu da beynin fəaliyyətinə stimullaşdırıcı təsir edir.
 
- Qara qəhvə tanınmış stimulyatordur. Hər gün 1-2 fincan yaxşı təbii qəhvə için. Lakin bundan artıq qəhvə içməyin. Bu əks təsir göstərə bilər.
 
- Lobya. Sübut olunub ki, lobyanın qəbulu yaddaşı yaxşılaşdırır.
 
- Kök. Karotin və A vitamini ilə zəngin olan kök beyinin fəaliyyətinə müsbət təsir edir.
 
- Meyvə quruları (xüsusilə əncir, ərik qurusu) təfəkkürü, yaddaşı yaxşılaşdırır.
 
- Yumurta beynin fəaliyyətinə müsbət təsir edir. Hər gün 1 yumurta yeyin.
 
- Su. Suyun normal miqdarda qəbulu orqanizmin normal fəaliyyəti üçün çox vacibdir. Susuzlaşma beynin fəaliyyətini pozur, diqqətin, yaddaşın zəifləməsinə səbəb olur. Təmiz su için, şirin qazlı içkilər beyin üçün ziyanlıdır. /

 

 

 

Google+ WhatsApp ok.ru