Naxçıvan Səhiyyə Nazirliyi `donuz qripi”nin yayılması barədə məlumatlara münasibət bildirib

Naxçıvan Muxtar Respublikası (MR) Səhiyyə Nazirliyi Naxçıvan MR-də “donuz qripi”nin yayılması barədə son günlər mətbuatda gedən xəbərlərə münasibət bildirib.
 
Naxçıvan MR Səhiyyə Nazirliyinin mətbuat xidmətindən apa-ya verilən məlumata görə, MR Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi Təhlükəli İnfeksiyalarla Mübarizə və Sanitar Karantin Nəzarəti şöbəsi tərəfindən MR-in sərhəd keçid məntəqələrində karantin tədbirlər görülür, digər ölkələrdən gələn şəxslər üzərində tibbi müşahidələr aparılır.
 
Naxçıvan Səhiyyə Nazirliyi bildirir ki, bu günə qədər MR-in səhiyyə müəssisələrinə müraciət edən kəskin respirator infeksiyalı xəstələrdən götürülən laborator analizlərin nəticələrində “donuz qripi” (H1N1) virusu aşkar edilməyib. Görülmüş tədbirlər nəticəsində MR-də epidemioloji durum tam stabildir.

Google+ WhatsApp ok.ru