İnsultun müalicәsindә YENİLİK 18 Mart 2016 02:00 Sağlamlıq Oksford Universiteti (İngiltәrә) alimlәri aşkar ediblәr ki, insult keçirmiş xәstәlәrin reabilitasiyası zamanı beyinin elektrik cәrәyanla stimulyasiyası çox müsbәt nәticәlәr verir. Maide.az BBC - ə istinadən xәbәr verir ki, araşdırmada 24 nәfәr insult keçirmiş xәstә iştirak edib. Onların hamısında qol hәrәkәtlәrindә ciddi problemlәr var idi. 9 xüsusi mәşq zamanı xәstәlәr fiziki hәrәkәtlәr edirdi vә onların bir hissәsi beyinin elektrostimulyasiyası proseduradan keçirdi. Bu iştirakçıların baş dәrisinә elektrodlar bәrkidilirdi vә zәif elektrik cәrәyan buraxılırdı. Elektrostimulyasiyanın 1 seansı 20 dәqiqә әrzindә davam edirdi. Eksperimentin nәticәsindә mәlum olub ki, elektrostimulyasiya alan pasiyentlәr qolları ilә daha yaxşı hәrәkәt edirdi, müstәqil şәkildә yemәk yeyә bilirdi. Bu effekt reabilitasiya kursu bitdikdәn sonra da qalıb. / Teqlər : #İnsultun müalicәsindә YENİLİK, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Uşaqlar dişlərini hansı yaşda fırçalamalı? Bakıda qadın məsləhətxanaları və uşaq poliklinikalarının sayı azaldılıb
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir