Onkoloji xəstəliklərdən ölüm 0,8 faiz artıb

Onkoloji xəstəliklərdən ölüm 0,8 faiz artıb

Dövlətstatkom Səhiyyə Nazirliyinə istinadən 2015-ci ildə ölkədə ölüm statistikasını açıqlayıb. Sənədə əsasən, il ərzində onkoloji xəstəliklərdən ölüm 0,8% artaraq 13,3% təşkil edib. Bu, ürək-damar xəstəliklərindən sonra (60%) ikinci göstəricidir.
 
Tibbi rəylərə əsasən, 2015-ci ildə xərçəng xəstəliyindən 7278 nəfər ölüb. Bu, 2014-cü ildəkindən 296 nəfər çoxdur və son illərin ün yüksək göstəricisidir.
 
2011-2015-ci illərdə Azərbaycanda onkoloji xəstəliklərdən 32 528 nəfər dünyasını dəyişib.
 
DSK-ya görə, 2015-ci ildə 11118 nəfərə, o cümlədən 5 216 qadına xərçəng xəstəliyi diaqnozu qoyulub. 2016-cı ilin əvvəli üçün Azərbaycanda 40 653 xərçəng xəstəsi olub.
 
Qeyd edək ki, beynəlxalq statistikaya əsasən, Avropanın 12 ölkəsində xərçəng xəstəliyi ürək-damar xəstəliklərini keçərək liderliyə yüksəlib.
 
Bir sıra şəxslər hesab edir ki, Azərbaycanda onkoloji xəstəliklərlə bağlı vəziyyət pisdir. Amma rəsmi hökumət strukturları statistikaya «əl gəzdirir». (contact)
 

Google+ WhatsApp ok.ru