Pediatr valideynlərə xəbərdarlıq etdi 03 Oktyabr 2018 01:00 Sağlamlıq Havalar soyuduqca virusa yoluxmaların sayı artacaq. Maide.Az "İslaminSesi.info"a istinadla xəbər verir ki, bunu açıqlamasında pediatr Vaqif Qarayev bildirib. Onun sözlərinə görə, uşaqların xəstələnməsin ciddi virusla bağlı deyil: “Uşaqlarda olan baş, qulaq ağrılarının səbəbi müalicə almamaqdır. Onlara keçən ilk infeksiyalar ağırlaşma verir. Həmin vaxt müalicə almalıdırlar”. Vaqif Qarayev bildirib ki, xəstə uşaqlar məktəbə getməməlidir: “Çünki həm özləri gec sağalacaq, həm də digər uşaqların virusa yoluxmasına səbəb olacaqlar. Anaların bir arqumenti var ki, uşaq evdə qalanda işə gedə bilmirlər. Lakin bu fikri ciddi hesab etmirəm. Xəstəlik vərəqi deyilən bir şey var. Sahə həkimləri tərəfindən analar üçün xəstəlik vərəqi yazılır. Anaları da günahlandırmaq çətindir. Çünki iş yerləri onların evdə olduqları günə görə ödəniş etmirlər”. Pediatr havaların soyuması və virusa yoluxmalarla bağlı məsləhət də verib: “Bir azdan havalar soyuduqda soyuqdəymə və ciddi virusa yoluxmalarının sayı artacaq. Həmin şəxslər avtobus, metro və ictimai yerlərdə bir dəfə asqıran zaman onlarla insanı həmin virusa yoluxdurur. Yəni, ciddi tələbat yoxdursa, evdən çölə çıxmaq olmaz”. Vaqif Qarayev bağçadakı vəziyyətlə bağlı da danışıb: “Xüsusən bağçalarda xəstə uşaqları qəbul etməməlidirlər. Epidemioloji vəziyyətdən asılı olaraq, yəni soyuqdəymə halları çoxalırsa, səhərlər hər uşaq yoxlanılandan sonra qrupa buraxılmalıdır. Xəstə uşaq evə qaytarılmalıdır. Uşaqların təhlükəsizliyinə tam nəzarət edilməlidir. Məktəblərdə sinif rəhbərinin üzərinə eyni məsuliyyət düşür”. Təhsil eksperti Elçin Sadıqov bildirib ki, xarici ölkələrdə uşaqlar xəstə olanda məktəbə getməsinə icazə verilmir: “Avropada, Amerikada xəstə olan birisinin məktəbə gəlməsi arzuolunan deyil, çünki ətrafdakılar ona görə şikayət edə bilərlər. Azərbaycanda isə məsələ başqa cürdür. Məktəbdəki həkimlər görəndə ki, uşaq halsızdır, hər hansı bir xəstəliyi var, onları özləri evə göndərməlidirlər. Şagirdlərin isə evdə qalıb müalicə almağa haqları var. Yəni, xəstə olduqları zaman dərsə gəlməmələri müəyyən qədər gözardı edilə bilər”. Teqlər : #Pediatr valideynlərə xəbərdarlıq etdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ona niyə ikinci beyin deyilir? Bağırsağınız barədə 7 gözlənilməz fakt Siqareti tərgidəndən sonra... - Almaniyalı həkimdən tövsiyyələr
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir