Polisə etiraz edən kişi Göygöldə özünü yandırdı 25 Mart 2016 02:00 Hadisə Göygöl rayon sakini Gəncədə özünü yandırıb. Maide.az APA-ya istinadən məlumat verir ki, hadisə Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin yaxınlığında qeydə alınıb. Göygöl rayon Quşqara kənd sakini, 1970-ci il təvəllüdlü Nəzər Məmmədəliyev üzərinə benzin tökərək özünü yandırıb. O, dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. 2-3-cü dərəcəli termiki yanıq diaqnozu qoyulan N. Məmmədəliyevin vəziyyətinin ağır olduğu bildirilir. İlkin məlumata görə, N. Məmmədəliyevin avtomobilini yol polisi əməkdaşları cərimə meydançasına aparıblar. O avtomobilinin yanına buraxılmadığına görə etiraz əlaməti olaraq özünü yandırıb. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. Teqlər : #Polisə etiraz edən kişi Göygöldə özünü yandırdı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bayram günləri yol qəzalarında 15 nəfər ölüb, 80 nəfər yaralanıb Azərbaycanda məhkum qadın intihar edib