Prokurorluq Qusarda yol qəzasında 10 nəfərin xəsarət alması barədə məlumatlara aydınlıq gətirib

Qusar rayon Prokurorluğu rayonda 10 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzasının baş verməsi barədə yayılan məlumatlara aydınlıq gətirib.
 
Rayon Prokurorluğundan APA-ya verilən məlumatda bildirilir ki, yanvarın 13-də Qusar rayonu ərazisində baş vermiş yol nəqliyyat hadisəsi zamanı guya 10 şəxsin bədən xəsarətləri alması barədə bəzi KİV-də informasiyalar yayılıb: “Həmin informasiyalar həqiqəti əks etdirmədiyindən tərəfimizdən təkzib olunur”.
 
Məlumatda qeyd olunur ki, yanvarın 13-də Qusar-Qalacıq yolunda “VAZ-21099” markalı, 10-KK-587 dövlət qeydiyyat nişanlı və “QAZ-32213” markalı, 38-AC-131 dövlət qeydiyyat nişanlı avtomobillərin toqquşması nəticəsində hər iki avtomobilə ziyan dəysə də, sürücü və sərnişinlərdən bədən xəsarətləri alan olmayıb.

Google+ WhatsApp ok.ru