Qəzalarda 845 nəfər ölüb – QAYDA POZANLAR ARTIB

Cari ilin 9 ayında Azərbaycanın avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,2 faiz, bu hadisələr nəticəsində zərərçəkənlərin sayı isə 10,6 faiz azalıb.

Maide.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yanvar-sentyabr aylarında baş verən qəzalar nəticəsində 1993 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, 845 nəfər həyatını itirib. Doqquz ayda yol-hərəkəti qaydaları əleyhinə 1,7 milyon və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 59,3 faiz çox inzibati xəta qeydə alınıb. Qaydaları pozan sürücülər tərəfindən 45,5 milyon manat məbləğində cərimə ödənilib.

Google+ WhatsApp ok.ru