Qərb bölgəsinə yağan yağış fəsadlar yaradıb 16 İyul 2018 01:00 Hadisə -- Güclü külək bəzi evlərin damını da yararsız hala salıb Qərb bölgəsinə yağa yağış bir sər fəsadlar yaradıb. Maide.Az bildirir ki, APA-nın qərb bürosunun verdiyi məlumata görə iki gündür bölgəyə yağan güclü yağış bir sıra çətinliklər yardıb. Yağış Tovuz, Ağstafa, Qazax rayonlarının ucqar dağ kəndlərində əkin sahələrinə ciddi ziyan vurub. Kəndlərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Tovuzun ucqar dağ kəndlərindən olan Əsrik Cırdaxan, Bayramlı, Azaflı, Aşağı Quşçu kəndlərində leysan yağış dəmyə şəraitində əkilən sahələrdə kartof, pomidor, lobya, qarğıdalı, üzüm və.s tərəvəz bitkilərini kökükndən yuyub. Yetişməkdə olan meyvələr də küləklə müşayət olunan yağış nəticəsindəyerə tökülüb. Həmşinin bəzi ərazilərdə ağaclar kökündən çıxıb. Güclü külək bəzi evlərin damını da yararsız hala salıb. Ərazidə olan müəyyən evləri su basıb. Leysan xarakterli yağan yağışlardan sonra yaranan sel istirahət zonalarına gedən yollarda nəqliyyatın hərəkətində çətinlik yaradıb. Kəndlərdə elektirk enerjisinin təminatında uzunmüddətli fasilələr yaranıb. Rayon İcra Hakimiyyətinin nəzdnində mövcud durumla əlaqədər fövqəladə komissiya yaradılıb. Dağıntı, çöküntü, təsərrfüfat sahələrinə baxış keçirilib. Əhaliyə dəyən maddi ziyan hesablanır. Teqlər : #Qərb bölgəsinə yağan yağış fəsadlar yaradıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda sərnişin avtobusu aşıb, ölən və yaralananlar var -Yenilənib/FOTO Bakı-Quba yolunda avtobusla minik maşını toqquşub, ölən və xəsarət alanlar var