Qaya parçaları Quba-Xınalıq yolunu bağladı

Quba-Xınalıq yoluna qaya parçası düşüb. Hadisə sözügedən istiqamətin 36-cı km-liyində qeydə alınıb.
 
Maide.az report-a istinadən bildirir ki, dağ parçası çox böyük olduğundan, əraziyə gələn xüsusi texnika onu yoldan kənarlaşdıra bilməyib.
 
Hadisə nəticəsində bir neçə avtomobilə ziyan dəyib. Bəzi sürücülər yoldan geri qayıdıblar.
 
Quba 6 saylı Yol İstismar İdarəsinin baş mühəndis əvəzi Xanlar Qeybullayev bildirib ki, yolların mütəmadi təmizlənməsi işi davam etdirilsə də, uçqun təhlükəsi hələ də qalmaqdadır.
 
Bundan əlavə, ötən gün Xınalığa 40 santimetrə qədər qarın yağması kəndə gedən turistlər üçün problem yaradıb. Hazırda Quba-Xınalıq yolunun bəzi hissələrində hələ də buz örtüyünün və qaya parçalarının olduğu müşahidə edilir./
 

Google+ WhatsApp ok.ru