Qobuda ağır qəza- 2 ölü, 5 yaralı 17 İyul 2020 14:32 Hadisə Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində ağır yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Hökməli qəsəbə sakini K.İbadovun idarə etdiyi “VAZ-21099” və Bakı şəhər sakini Elxan Sadıqovun idarə etdiyi “VAZ-21074” markalı avtomobillər toqquşub. Nəticədə E.Sadıqov və K.İbadovun sərnişini - anası Şahzadə hadisə yerində ölüb, E.Sadıqovun 4 sərnişini, habelə digər sürücü xəstəxanaya yerləşdirilib. Abşeron RPİ tərəfindən araşdırma aparılır. Teqlər : #Qobuda,#ağır,#qəza,#ölü,#yaralı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qubada yaşayış məntəqələri sel sularına qərq oldu Hərbçilərimiz qəzaya düşüb, qərargah rəisi ölüb