Qusarı su basdı, evlər uçuldu 16 Sentyabr 2015 01:00 Hadisə Bu gün axşam saatlarında Qusarda güclü yağış yağıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, yağan güclü yağış rayonda fəsadlar törədib. Rayonun küçələrini, evləri su basıb. Avtomobillər güclə hərəkət edir. Bundan başqa Qusar rayonunda 4 ev çöküb. Çökən evlərdən üçü Qusar şəhərində, digərisi isə rayonun Çiləgir kəndində yerləşir. Evlərin çökdüyü əraziyə texnika cəlb olunub. Qusar rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, yağan güclü yağışın törətdiyi fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır. / Teqlər : #Qusarı su basdı,#evlər uçuldu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Həbs edilənlərin sayı 18-ə çatdı - Qəbələdəki qətl... Bakı-Sumqayıt yolunda mikroavtobus yol kənarına çırpılıb, 2 nəfər ölüb və 10 nəfər yaralanıb- Yenilənib 2 - VİDEO-FOTO