İranda Azərbaycanla sərhəddəki zəlzələdə ölən var - YENİLƏNİB

İranda Azərbaycanla sərhəddəki zəlzələdə ölən var - YENİLƏNİB

İranda Azərbaycanla sərhəddə yerləşən Parsabad şəhərində baş verən zəlzələdə 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
 
Maide.Az xəbər verir ki, Parsabaddakı zəlzələ nəticəsində ölən və yaralananların sayının artacağı ehtima olunur. Ərdəbil əyaləti başçısı bütün qüvvələri zəlzələ bölgəsinə yardım üçün səfərbər edib.  
 
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Report"a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 08:46-da İmişlidə qeydə alınıb. Zəlzələnin maqnitudası 5.6, dərinliyi 19 km olub.
 
Zəlzələ ətraf rayonlarda 4 bala qədər hiss olunub.
 
Bu gün səhər saatlarında Gəncə şəhərində də zəlzələ olub. Məlumata görə, təxminən 25-30 saniyə davam edən yer silkənməsi zamanı bəzi evlərdə ev əşyaları yerə düşərək sınıb. Binalarda hər hansı bir fəsadın olub-olmaması barədə hələ məlumat verilməyib. /
 
 

Google+ WhatsApp ok.ru