İranda narkotik qaçaqmalçısı polis bölməsində 3 polisi öldürüb 01 Aprel 2016 01:00 Hadisə İranda narkotik qaçaqmalçısı polislərə atəş açıb. APA-nın Tehran bürosunun məlumatına görə, hadisə İranın Fars əyalətinin Kazerun şəhərində baş verib. Narkotik maddələrin qaçaqmalçılığı ittihamı ilə saxlanılan və 11 saylı polis bölməsinə gətirilən şəxs istintaq zamanı polisin silahını ələ keçirib və atəş açıb. Onun açdığı atəş nəticəsində 3 polis həlak olub bir nəfər yaralanıb. Atışma zamanı həmin şəxs də yaralanıb və zərərsizləşdirilib./ Teqlər : #İranda narkotik qaçaqmalçısı polis bölməsində 3 polisi öldürüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ağstafada dəhşətli hadisə: ata azyaşlı oğlunu öldürdü Bakı-Sumqayıt qatarı 27 yaşlı qadını vurub