Şri Lankada fəlakət: 250 nəfər itkin düşüb

Şri Lankanın Kolombo şəhərində mövsüm  yağışları nəticəsində yaranmış torpaq sürüşməsində 100 nəfər həlak olub, 250 nəfərdən çox insan  isə itkin düşüb.

Maide.az-ın beynəlxalq KİV-lərə istinadən məlumatına görə, baş vermiş torpaq sürüşməsindən sonra açıqlama verən Fövqəladə Hallar Nazirliyinin sözçüsü Pradip Kodippili axtarış xilasetmə dəstələrinin itkin düşmüş insanların axtarışına başladığını qeyd edib. "Xilasetmə işləri davam etdirilir, indiyədək  100 nəfərin cəsədinə tapmışıq. 250-dən çox adam isə itkin düşmüş sayılır. Badulla regionunda da 140-a qədər ev torpaq altında qalıb", - deyə Pradip bildirib.

Torpaq sürüşməsi səbəbi ilə 10 ticarət mərkəzinin və 3 dövlət idarəsinin zərər gördüyü bildirilir.  /

 

Google+ WhatsApp ok.ru