Sərxoş sürücü avtobus sükanı arxasında?

124 saylı marşrutla hərəkət edən avtobusun sərnişinləri bu gün Şıxov çimərliyi tərəfdə yol boyunca avtobusu sürətlə sürən sürücünün davranışından xeyli qorxublar. Avtobus Lökbatan qəsəbəsindən Bakıya gəlirdi və Şıxov çimərliyi boyunca yolda avtobus həddindən artıq yüksək sürətlə hərəkət edib, minik maşınlarını belə ötüb keçib və döngədə az qala aşacaqdı. Bu barədə Turan-a avtobusun sərnişinləri bildiriblər.
 
Sərnişinlər irad tutduqda sürücü kobudluq edib, ondan spirtli içki iyi gəlirdi.
 
Avtobus sərnişinləri marşrutda bu biabırçılığa qəzəbləniblər və xatırladıblar ki, bir neçə il əvvəl elə həmin avtobus marşrutu qatarla toqquşub, nəticədə qurbanlar olub.
 
Bu gün sərnişinlər avtobusun və onun sürücüsünün şəklini çəkiblər, onlar səlahiyyətli orqanların hadisəni araşdıra biləcəyinə və onlarla insanın həyatını riskə atan sərxoş sürücünü cəzalandıracağına ümid edirlər. 

Google+ WhatsApp ok.ru