Sərnişin avtobusu aşdı: 16 nəfər xəsarət aldı

Sərnişin avtobusu aşdı: 16 nəfər xəsarət aldı

Rusiyada yol nəqliyyat hadisəsi baş verib.
 
Maide.Az report-a istinadən bildirir ki, hadisə Krasnoyarsk dairəsinin Uyar rayonunda qeydə alınıb.
 
Uyar rayonundan Avd qəsəbəsi istiqamətində hərəkət edən sərnişin avtobusunun aşması nəticəsində salondakı 20 sərnişindən 16 nəfəri xəsarət alıb. Onlardan 3-ü uşaqdır.
Xəsarət alanlar Uyar rayon xəstəxanasına çatdırılıblar və onlara tibbi yardım göstərilib. 
Faktla bağlı araşdırmalar aparılır.  
 

Google+ WhatsApp ok.ru