Sabirabadda qatar avtomobili vurub, 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb

Sabirabadda qatar avtomobili vurub, 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb

Fövqəladə Hallar Nazirliyi Sabirabadda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
 
Maide.İnfo nazirliyin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sabirabad rayonu, Nizami kəndində yük qatarı ilə “QAZ” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq deformasiyaya uğramış minik avtomobilindən sürücü, 1967-ci il təvəllüdlü Məmmədov Əflatun Dəmirqulu oğlunun və sərnişin, 1969-cu il təvəllüdlü Məmmədov Ağasəf Əkbər oğlunun cəsədlərini çıxarıblar. Meyitlər aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 04:55-də başa çatıb.
 
 

Google+ WhatsApp ok.ru