Sabirabadda yol qəzasında dörd nəfər ölüb, ölənlərdən birinin kimliyi məlum olub 09 Oktyabr 2017 01:00 Hadisə Sabirabadda yol qəzasında ölənlərin sayı 4-ə çatıb. Maide.Az bildirir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qəzada xəsarət alan 21 yaşlı Eyvazlı Etibar Məzahir oğlu xəstəxanada dünyasını dəyişib. Digər xəsarət alan şəxs 22 yaşlı Xənimli Araz Mehdi oğluna həkimlər tibbi yardım göstərirlər. Məlumata görə, qəza dumanlı hava səbəbindən baş verib. Avtomobillərin toqquşması nəticəsində hadisə yerində ölən üç nəfərin meyiti FHN-nin xilasediciləri tərəfindən çıxarılıb. Ölənlərin kimliyi dəqiqləşdirilir. Teqlər : #Sabirabadda yol qəzasında dörd nəfər ölüb,#ölənlərdən birinin kimliyi məlum olub , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sumqayıtda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib Balakəndə iki maşın toqquşub, 5 nəfər xəsarət alıb