Sidneydə silahlı şəxs 40 nəfərə qədər adamı girov götürüb

Dekabrın 15-də Avstraliyanın Sidney şəhərində fövqəladə vəziyyət yaranıb. “Media forum” saytı xəbər verir ki, silahlı şəxs səhər saat 10-da şəhərin mərkəzindəki “Lindt” kafe-mağazasını ələ keçirərək 40 nəfərə qədər işçini və müştərini girov götürüb. O, girovları kafe-mağazanın pəncərəsinə üstündə ərəbcə yazı olan bayraq asmağa məcbur edib.

Saat 9-da (Sidney vaxtı ilə saat 16-da) yayılan məlumata görə, azı 3 nəfər yanğın təhlükəsizliyi çıxışından qaçaraq girovluqdan qurtulub. Terrorçunun özünü partlatmaq ehtimalı olduğundan yaxınlıqdakı Sidney Opera Teatrının binası boşaldılıb. Sidneydəki ABŞ konsulluğu da evakuasiya olunub. Şəhərin üzərində bütün uçuşlar dayandırılıb.

Terrorçunun hansı tələblər qoyduğu dəqiq bilinmir.
Avropa.info-nun xarici mətbuata istinadən verdiyi açıqlamada bildirilir ki, Sidneyin Martin Place bölgəsində yerləşən bir yeməkxanaya basqın edən iki nəfər iki nəfər İŞİD üzvüdir.
Girov götürülən insanlar cərgə ilə pəncərənin qarşısında dayanaraq İŞİD-ın bayraqlarını yelləyirlər. İçəridə olan girovların dəqiq sayı haqqında tam məlumat olmasa da onlardan 3-nün artıq xilas edildiyi bildirilir. Yeməkxananın ətrafı mühasirəyə alınıb və geniş təhlükəsizlik tədbirləri görülüb. /

 

Google+ WhatsApp ok.ru