İsmayıllıya dolu düşüb, güclü leysandan sonra yaşayış məntəqələrini sel basıb 07 Sentyabr 2016 01:00 Hadisə Bu gün saat 15:00 radələrində İsmayıllı rayonuna güclü dolu düşüb. Təqribən 10 dəqiqə davam edən dolu təsərrüfatın ayrı-ayrı sahələrinə ziyan vurub. Dolu dənələrinin böyük olması səbəbindən evlərin və sosial obyektlərin dam örtüyünə, habelə avtomobillərə də ziyan dəyib. Dolunun ardınca isə küləklə müşayiət olunan leysan xarakterli güclü yağış yağmağa başlayıb. İsmayıllı şəhərinin bəzi küçələrini və kəndləri sel basıb. Bəzi kəndlərə elektrik enerjisinin verilişi dayanıb. Məlumata görə, hazırda güclü şimşəklə müşayiət olunan leysan yağışı davam edir. (apa) / Teqlər : #İsmayıllıya dolu düşüb,#güclü leysandan sonra yaşayış məntəqələrini sel basıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Güclü leysan Astarada fəsadlara səbəb olub Hacıqabulda “MAN” minik avtomobili ilə toqquşub, 1 nəfər ölüb, 5 nəfər yaralanıb