Sümük-əzələ ağrılarının səbəbi müəyyənləşdirilib

Sümük-əzələ ağrılarının səbəbi müəyyənləşdirilib

Böyük Britaniyanın Mançester Universitetinin alimləri sümük-əzələ ağrılarının D vitamininin çatışmazlığı səbəbindən baş verdiyini sübut ediblər.
 
Maide.Az svopi.ru saytına istinadla xəbər verir ki, mütəxəssislər 2 min 300 nəfəri təcrübəyə cəlb ediblər. Tədqiqatçılar belə bir qənaətə gəliblər ki, fiziki cəhətdən fəal olmayan və psixoloji pozğunluğu olan insanlarda xroniki ağrılara D vitamini çatışmazlığından yaranır. Əvvəllər həkimlər sümük-əzələ ağrılarının radikulit üzündən baş verdiyini hesab edirdilər. Həkimlərin fikrincə, orqanizmdə D vitamininin kifayət qədər olmaması sümüklərin yumşalmasına gətirib çıxarır. Belə hallarda tədqiqatçılar günəş vannası qəbul etməyi məsləhət görürlər.
 

Google+ WhatsApp ok.ru