SOCAR-ın məntəqəsinə basqın

SOCAR-ın Tbilisidikə yanacaqdoldurma məntəqəsində (YDM) edilmiş hücum nəticəsində iki nəfər yaralanıb. Trend-in Gürcüstan KİV-ə istinadən verdiyi məlumata görə, insident bazar ertəsi gecə saatlarında Quramişvili küçəsində baş verib.
 
Şahidlərin sözlərinə görə, bir neçə nəfər YDM-ə hücum edərək meneceri və məntəqənin operatorunu ayaqdan yaralayıb. Xəsarət alanlar təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya yerləşdirilib.
 
Şahidlər bildiriblər ki, onlar xeyli qan itiriblər: "Onların vəziyyəti nə qədər ağır olduğunu deyə bilmərik".
 
Aparılan istintaq tədbiləri nəticəsində bir nəfər saxlanılıb. Hadisənin digər təfərrüatları açıqlanmır.
 
* * *
 
Gürcüstan Daxili İşlər Nazirliyi SOCAR-ın Tbilisidəki yanacaqdoldurma məntəsində baş vermiş cinayətin üstünü açıb. Bədən xəsarətləri yetirmək ittihamı üzrə keçmişdə məhkum olmuş Zurab U. saxlanılıb.
 
1993-cü il təvəllüdlü Z. U. operativ istintaq tədbirləri nəticəsində saxlanılıb.
 
Məlumata görə, istintaqla müəyyən edilib ki, saxlanılan şəxs bu il martın 23-də SOCAR-ın Quramişvili prospektində yerləşən YDM-də söz atışması zamanı soyuq silahla 1991-ci il təvəllüdlü operator Zurab A. və 19983-cü il təvəllüdlü Cəfər A.-nı ayağından yaralayaraq hadisə yerindən qaçıb.
 
Xəsarət alanalar xəstəxanya yerləşdiriliblər. Polis Zurab U.-nu hadisədən bir neçə dəqiqə sonra saxlayıblar. Əşyayi dəlil qismində cinayət aləti olan bçaq ələ keçirilib.

Google+ WhatsApp ok.ru