SOCAR-ın montyoru çürük elektrik dirəyindən yıxılıb xəstəxanalıq oldu

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) "Azneft" İstehsalat Birliyi Ə.Əmirov adına Neft Qaz Çıxarma İdarəsinin elektriki iş yerində ağır yaralanıb.
 
Bu barədə Maide.az-a hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı məlumat verib.
 
Onun sözlərinə görə, ağır yaralanan 1985-ci il təvəllüdlü Əsədov İntiqam Əsəd oğlu hazırda Neftçilər xəstəxanasındadır.
 
Hadisə yanvarın 7-də, Lökbatanda 2-ci mədəndə baş verib. Belə ki, o, tapşırığa əsasən 10-12 metrlik elektrik dirəyinin üstündəki elektrik xətlərinin bir tərəfində olan 4 xətti kəsib. Dirək çürümüş olduğundan o biri tərəfdəki 4 xətt dirəyi çəkib aşırıb.
 
Hüquq müdafiəçisi iddia edir ki, hadisəni istehsalatla əlaqələndirməməyə çalışır və ailəsinə təzyiq edirlər.
 
Qeyd edək ki, işçinin iki övladı var.

Google+ WhatsApp ok.ru